Cümə, 10 May

"Baykar" şirkətinin bazasından hard disklər oğurlayan şəxs həbs edildi - FOTO

image

Türkiyənin "Baykar" şirkətinin İstanbul Hadımköy ərazisində yerləşən bazasında oğurluq hadisəsi baş verib.

Xəbər verilir ki, orada təcrübəçi kimi işləyən şəxslərdən biri şirkətə aid 4 hard diski oğurlayıb.

Həmin əməkdaş işdən çıxarkən özünü şübhəli aparıb. Şirkətin mühafizəçiləri tərəfindən üzəri yoxlanıldıqdan sonra ondan 4 ədəd hard disk götürülüb.

Bu barədə dərhal polisə məlumat verilib. Polis əməkdaşları Ahmet A.Ç adlı şəxsi nəzarətə götürərək həbs ediblər.

Ahmet A.Ç-nin şirkətdə casusluq etdiyini nəzərə alaraq genişmiyaslı aradırmalara başlanılıb.
Ahmet A.Ç. şirkətin texnololoji avadanlıqlarının yerləşən hissəsində iki ay əvvəl təcrübə keçməyə başlayıb. Onun heç bir terror təşkilatı ilə əlaqəsi olmadığı öyrənilib. Ahmet A.Ç-nin 6 il əvvəl kafelərdən birindən "notebook" oğurladığı məlum olub. Ailəsi isə ötən il onun itkin düşdüyü barədə polisə məlumat verib.

Esenyurt polis şöbəsində dindirilən Ahmet hard diskləri depodan satmaq üçün oğurladığını deyib. O onların içinin dolu ya da boş olmasından xəbərsiz olduğunu qeyd edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32